Twitter-də yeni tətbiq
01 mart 2021 09:23 (UTC +04:00)

Twitter-də yeni tətbiq

Twitter aylıq abunə əsaslı "Super İzləmə" xüsusiyyətini açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, super İzləmə ilə istifadəçilər məzmunu bəyəndikləri və xüsusi məzmununa aylıq ödənişlə istədikləri Twitter hesablarına abunə ola biləcəklər.

Dünən axşam sərmayəçi təqdimatı edən məşhur sosial media platforması Twitter nəhayət uzun müddətdir haqqında danışılan "Super İzləmə" xüsusiyyətini açıqlayıb. “Twitch”ə bənzər "məzmun istehsalçısı abunəliyi" sistemi olacaq Super İzləmə xüsusiyyəti ilə, istifadəçilər bəyəndikləri və dəstəkləmək istədikləri məzmun istehsalçılarına abunə ola və abunəçilərinin müstəsna yazılarına, videolarına daxil ola biləcəklər.

Bir müddətdir “Twitter”in şirkət üçün reklamdan başqa gəlir gətirəcək yeni bir model üzərində çalışdığı və bu baxımdan ən qabarıq modelin "abunə" olduğu danışılır. Super İzləmə xüsusiyyətinin Twitter istifadəçiləri və ya investorların xəyal etdiyi olub olmadığı hələ də sirr olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1767
avatar

Oxşar yazılar