Türkiyədə elektriklə işləyən avtobuslar - İLK DƏFƏ
04 avqust 2022 14:01 (UTC +04:00)

Türkiyədə elektriklə işləyən avtobuslar - İLK DƏFƏ

Türkiyədə ilk dəfə olaraq ultrasürətli şarj olunma xüsusiyyətinə malik lityum akkumlyatorlu avtobuslar  test üçün yollara çıxıb. Həm ekonom, həm də ekologiyaya faydalı olan bu avtobuslar saatda 90 kilometr sürətlə hərəkət edə bilir. Avtobuslar ilk dəfə “gələcəyin şəhəri” adlandırılan Samsunda küçələrə çıxıb. Test üçün 20 ictimai nəqliyyat  dövriyyəyə buraxılıb.

Avtobusların akkumlyatorlarını Türkiyənin “Aselsan” şirkəti hazırlayır. Avtobus bütövlükdə qardaş ölkənin özündə istehsal olunur. Neft və ya benzinlə işləyən ictimai nəqliyyatın gündəlik xərci 500 Tl tutduğu halda, bu avtobuslar 90 Tl xərc tələb edir. Avtobus 3 saata şarj olunur. Tam şarj edildiyində 400 kilometr yol qət edə bilir.

Bu avtobusların xidməti  tramvay və trolleybuslardan 12 qat daha ucuz başa gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4233
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar