"Fast Laughs"
09 mart 2021 09:26 (UTC +04:00)

"Fast Laughs"

"TikTok"a rəqib gəlir - YENİLİK

Netflix bir neçə ay əvvəl sınaqdan keçirməyə başladığı "Fast Laughs" xüsusiyyətini iOS istifadəçilərinə təqdim edib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, TikTok kimi xüsusiyyəti olan Fast Laughs, platformada komediya məzmununun bölmələrini 15-45 saniyə aralığında təqdim edir.

Xüsusi ilə bağlı yeni açıqlamalar verən Netflix, "Fast Laughs"un artıq iOS istifadəçiləri üçün əlşatan olduğunu açıqlayıb. Artıq istifadəçilər öz “iPhone”larında "Fast Laughs" videolarını izləyə, bəyənə, paylaşa və öz izləmə siyahısına əlavə edə bilərlər. Bu vaxt, xüsusiyyətin yaxın aylarda Android ekosistemində istifadəyə veriləcəyini qeyd edilib. “Netflix”in "Fast Laughs" bölümündə, platformanın Murder Mystery, Big Mouth, The Crew və müxtəlif stand-up şouları kimi hissələri var. Rəsmilər bu xüsusiyyətin gələcəkdə daha çox məzmuna sahib olacağını söyləyirlər. Ancaq hələlik dəqiq bir tarix açıqlanmayıb.

# 2373
avatar

Oxşar yazılar