Moskvanın Taqanski Rayon Məhkəməsi Çinin “TikTok” sosial şəbəkəsinə inzibati cərimə kəsib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Moskva məhkəməsi “TikTok”u “qarmaqlar” haqqında videoya görə 800 min rubl cərimələyib.
Belə ki, “TikTok” hərəkət edən qatarların vaqonlarından yapışan “tutucular” haqqında videoları silmədiyinə görə cəzalandırılıb.