Təyyarə qəzasında ölənlərin sayı 50-ə çatdı: Özünü göydən atanlar da var
05 iyul 2021 15:08 (UTC +04:00)

Təyyarə qəzasında ölənlərin sayı 50-ə çatdı: Özünü göydən atanlar da var

Filippinin cənubundakı Sulu əyalətinə eniş zamanı hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 50-ə çatıb. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qəzadan 49 nəfərin xilas olduğu və 47 nəfəri hərbi qulluqçu olan 50 nəfərin həyatını itirdiyi bildirilib.  Təyyarənin düşdüyü kənddə 3 sakin də həlak olub. 

Hadisə dünən yerli vaxtla 11:30 radələrində baş verib. 3 pilot, 5 heyət üzvü və 88 hərbi personal və ümumilikdə 96 nəfərlik C-130 tipli hərbi təyyarə, Sulu vilayətindəki Jolo adasına enməyə çalışarkən, eyni bölgədəki Patikul qəsəbəsinin Bangal kəndində yerə çırpılıb. 

Şahidlərin sözlərinə görə, qəzadan əvvəl çox sayda əsgər özünü təyyarədən atıb. 

Sevinc Nurəddinova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3915
avatar

Oxşar yazılar