“Telegram”ın yeni versiyasına “Whatsapp”dakı çatları inteqrasiya etmək mümkün oldu
30 yanvar 2021 19:42 (UTC +04:00)

“Telegram”ın yeni versiyasına “Whatsapp”dakı çatları inteqrasiya etmək mümkün oldu

“Whatsapp”dakı konfidensiallıq siyasətində dəyişikliklərin olacağı barəsində rəsmi məlumat veriləndən sonra smartfon istifadaçiləri dünyanın ən məşhur messencerinə alternativ variant axtarmağa başladılar. 

Nəticədə istifadəçilərin əksəriyyəti “Telegram”ı seçdi. Bir messencerdən digərinə keçid prosesini sadələşdirmək üçün isə “Telegram” tərtibatçıları həll yolu təklif ediblər. 

Lent.az “technote”a istinadən xəbər verir ki, “Telegram”ın yenilənmiş versiyasına digər messencerdəki yazışmaların tarixçəsini inteqrasiya etmək funksiyası əlavə edilib.

Beləliklə “Telegram”ın yeni versiyası yazışmaların tarixçələrini qoruyub saxlamaqla “Whatsapp”, “Twitter”, “Line”, “KakaoTalk” və digər messencerlərlə sosial şəbəkələrdən keçid imkanını verir. 

Bundan əlavə, “Telegram”ın yeni versiyasında qrupları, gizli çatları və zənglərin tarixçələrini elə silmək olar ki, onlar barəsində məlumatı heç kim əldə edə bilməsin. Həmçinin, səsli çatlarda da yenilik reallaşdırılıb.

Bundan sonra bu cür çatlarda iştirak edən istifadəçilərin hər biri üçün səs gücünü tənzimləmək mümkün olacaq. Özlərini rəsmi təşkilatlar kimi təqdim edən və ya məşhur insanların adlarından istifadə edərək qanunsuz fəaliyyət göstərən qruplar ilə kanalları şikayət etmək özəlliyi reallaşdırılıb. Bunu qrup və ya kanal barəsində olan məlumatlar bölməsindən etmək olar. Bütün bu yeniliklər iOS üçün olan “Telegram 7.4.1” versiyasında artıq aktivdirlər. Yeni funksiyaların “Telegram”ın Android versiyasına nə zaman əlavə ediləcəyi barəsində məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3456
avatar

Oxşar yazılar