Bir müddət sonra smartfonlar yavaşlayır, şəkil və videoların yüklənməsi uzun çəkir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu kifayət qədər adi bir haldır. Ancaq bu problemi görməməzlikdən gəlsəniz, telefonunuz sıradan çıxa bilər.
Cihazın əvvəlki sürətinə qayıtması üçün müəyyən tədbirlər görülməlidir. Amma əvvəlcə onun yavaşlama səbəblərini tapmaq lazımdır.
Smartfonların ən əsas yavaşlama səbəbi yaddaş problemidir.
Yaddaşın dolması
Mobil cihazda kifayət qədər yaddaş qalmadıqda telefonun sürəti azala bilər. Deməli, telefona çoxlu proqramlar endirilib, ya da video və şəkil çəkilib. Çalışın lazımsız faylları tez-tez təmizləyin.
RAM
RAM-ın dolu olmadığına diqqət edin. “Kesh” tez-tez istifadə olunan məlumatların müvəqqəti saxlanmasıdır.
Problemi həll etmək üçün RAM-ı təmizləmək lazımdır. Bunu etmək üçün "Yaddaş" bölməsində "Parametrlər"ə keçin. Sonra "Keşi sil" seçin.