İstənilən smartfon sahibi qadcetin mümkün qədər uzun müddət işləməsini istəyir. Aydındır ki, mobil cihaz köhnəldikdə atmaq da olmaz.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aşağıdakı səhvlərdən ən azı birini etsəniz, o zaman cihazın xidmət müddəti qısalacaq.
Bəzi insanlar mobil cihazına o qədər aludə olurlar ki, hətta onu özləri ilə vanna otağına da aparırlar. Heç bir halda bu edilməməlidir. Mobil telefon suya düşə bilər, bunun nəticəsində onun sıradan çıxma ehtimalı yüksəkdir.
Həddindən artıq istilik smartfona mənfi təsir göstərir. İstilik zamanı mobil cihazı günəş şüalarının düşdüyü səthlərdə uzun müddət saxlamaq olmaz.
Pəncərə önü, avtomobil oturacağı, skamya - bütün bunlar gadgetın uzun müddət qalmamalı olduğu yerlərdir.