Soyuducunun arxa hissəsində yerləşən kiçik dəliyi çoxları heç fərq etmir, amma bu xırda detal cihazın düzgün işləməsi və məhsulların təzə qalması üçün vacib rol oynayır.
Lent.az bu kiçik detalla bağlı məlumatları təqdim edir:
Dəlik nəyə xidmət edir?
Bu, drenaj dəliyidir yəni soyuducuda yaranan kondensatın (rütubətin) axıdılması üçündür. Soyuducu işləyərkən içəridə buxar əmələ gəlir. Bu su, arxa divardakı dəlik vasitəsilə xüsusi su qabına (baxaca) axıdılır. Daha sonra bu su kompressorun istiliyi ilə buxarlanır və sistem yenidən quru vəziyyətdə qalır.
Bu proses sayəsində soyuducuda nə küf, nə də xoşagəlməz qoxu yaranmır. Əgər drenaj işləməsə, su alt rəflərdə toplanır, məhsullar islanır və hətta göbələk əmələ gələ bilər.
Dəlik tıxananda necə bilmək olar?
Əlamətlər bunlardır
Soyuducunun dibində su yığılır;
Arxa divarda selikli və ya yapışqan izlər yaranır;
Pis, nəm qoxu gəlir. Bu hallar drenaj dəliyinin tıxandığını göstərir. Bəzən buna həmçinin qapı rezinlərinin köhnəlməsi, isti yeməyin soyuducuya qoyulması və ya qapının uzunmüddətli açıq qalması da səbəb ola bilər.
Drenaj dəliyini necə təmizləmək olar?
Bu, çox sadə prosesdir:
Soyuducunu söndürün və boşaldın. Pambıq çubuq, nazik borucuq və ya kiçik fırça istifadə edin.
Dəlikdəki çirk, qida qalığı və ya küfü diqqətlə çıxarın.
Pambıq çubuğu az miqdarda sirkəyə batırmaq dezinfeksiya üçün faydalıdır.
Çox çirk varsa, soyuducunu əridib (defrost edib) təmizləmək daha rahatdır. Heç vaxt bıçaq və ya iti əşya istifadə etməyin drenaj sistemini zədələyə bilərsiniz.
Bu balaca dəlik soyuducunun “tənəffüs sistemi” kimidir. Onu təmiz saxlamaq, həm cihazın ömrünü uzadır, həm də məhsulların təzə və sağlam qalmasını təmin edir. Cəmi bir neçə dəqiqəlik yoxlama ilə siz həm vaxtınıza, həm də ərzaqlarınıza qənaət etmiş olursunuz.