Smartfon ekranını daha sürətli  işlətmək üçün MƏSLƏHƏT
19 may 2026 17:23 (UTC +04:00)

Smartfon ekranını daha sürətli işlətmək üçün MƏSLƏHƏT

0

Gizli bir parametrin aktivləşdirilməsi smartfon ekranının həssaslığını artırır, toxunuşlara reaksiyanı sürətləndirir və gündəlik istifadə zamanı cihazın daha rahat işləməsini təmin edir. Android əməliyyat sistemi ilə işləyən smartfonlarda geniş yayılmış bir parametrin əksinə olaraq, sensor ekranın cavab vermə sürətini zəiflədə bildiyi müəyyən edilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, istehsalçılar təsadüfi toxunuşların qarşısını almaq üçün bir çox cihazda ekran həssaslığını standart olaraq aşağı səviyyədə saxlayırlar. Bu xüsusilə isti havalarda daha актуal olur, çünki nazik geyim və ya təsadüfi təmaslar ekranın istənilməyən əmrlər yerinə yetirməsinə səbəb ola bilər.

Lakin bu ayar bəzi hallarda smartfonun toxunuşlara gec reaksiya verməsinə və ya jestləri daha zəif tanımasına gətirib çıxarır. Xüsusilə qoruyucu şüşə və ya plyonka istifadə edildikdə bu problem daha qabarıq hiss olunur, çünki əlavə qat toxunuşların dəqiqliyini azaldır.

Problemin həlli isə olduqca sadədir. İstifadəçilər cihazın ayarlarında, adətən “Ekran” və ya “Displey” bölməsində yerləşən “Toxunuş həssaslığı”, “Artırılmış həssaslıq” və ya “Screen Protector mode” kimi funksiyanı aktivləşdirə bilərlər. Bu funksiyanın işə salınması ilə ekran toxunuşlara, sürüşdürmələrə və jestlərə daha sürətli reaksiya verir.

Bundan əlavə, istifadəçilər ekranaltı barmaq izi skanerinin də daha dəqiq işlədiyini qeyd edirlər, çünki sistem toxunuşları daha yaxşı qeydə alır. Artırılmış həssaslıq həmçinin soyuq havalarda da üstünlük yaradır, çünki nazik əlcəklə belə ekranın toxunuşları daha yaxşı qəbul etməsinə imkan verir.

Mütəxəssislər vurğulayırlar ki, bu funksiyanın aktivləşdirilməsi cihaz üçün heç bir risk yaratmır və onun performansına və ya ömrünə mənfi təsir göstərmir. Əksər hallarda sadəcə bu ayarın dəyişdirilməsi ilə əlavə proqram quraşdırmadan smartfon istifadəsini xeyli yaxşılaşdırmaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 128

Oxşar yazılar