Şifahi nitqi generasiya və redaktə edən süni zəka modeli təqdim edildi
19 iyun 2023 14:55 (UTC +04:00)

Şifahi nitqi generasiya və redaktə edən süni zəka modeli təqdim edildi


    Meta şirkəti Voicebox adlı yeni süni zəka modelini təqdim edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən süni zəka modeli şifahi nitq ilə çalışmaq üçün nəzərdə tutulmuş geniş imkanlara sahibdir. Bu süni zəka modelinin yaradıcıları onu nitq ilə bağlı süni zəka modelləri arasında innovasiyalı məhsul adlandırırlar. Voicebox təqdim edilən mətni yüksək keyfiyyətlə səsləndirə və ya artıq hazır olan şifahi nitqi emal edə bilər. Emal dedikdə isə süni zəka modelinin şifahi nitqdəki avtomobillərin, heyvanların səslərinin aradan qaldırılması və şifahi niqtin ümumi keyfiyyətinin yüksəltməsi nəzərdə tutulur.

Bununla belə emal prosesi zamanı Voicebox şifahi nitqin ilkin tərkibini və deyiliş tərzini qoruyub saxlayır. Əlavə olaraq Voicebox vasitəsilə səs yazısındakı müəyyən fraqmentə düzəliş etmək də olar. Məsələn səs yazısında səhv deyilmiş müəyyən sözü bu süni zəka modeli doğru varianta çevirə bilir. Voicebox 6 dili dəstəkləyir. İngilis, fransız, alman, ispan, polyak və portuqal. Voicebox həmçinin sinxron tərcüməçi kimi də istifadə edilə bilər. Bu halda o, ikinci şəxsin danışıq tərzini səsini dəyişmədən ötürə bilir. Meta tərəfindən təqdim edilmiş bu yeni süni zəka modeli 50 saatlıq audio formatında olan kitablar vasitəsilə təlimatlandırılıb.

    Bunun sayəsində süni zəka modeli şifahi nitq bacarıqlarına tamamilə yiyələnə bilib. O, insanın iki saniyəlik danışıq nümunəsi əsasında onun səs və danışıq tərzi profilini yarada bilir. Səs profilinin yaradılmasından sonra isə sistem istənilən mətni profili yaradılmış insanın səsi ilə səsləndirə bilər. Meta öz süni zəka modellərini çox zaman hamı üçün istifadəyə versə də, Vociebox istisna olub. Şirkət hətta bu texnologiyanın digərləri tərəfindən test edilməsinə də icazə verməyib. Belə ki, o, digərlərinin Voicebox-dan sui-istifadə edəcəklərindən qorxur.

# 1878
avatar

Oxşar yazılar