Saturnun peykinində böyük okean ola bilər - HİPOTEZ
19 fevral 2024 01:19 (UTC +04:00)

Saturnun peykinində böyük okean ola bilər - HİPOTEZ

Saturnun Mimas peykinin buzla örtülmüş səthinin altında böyük bir okean ola bilər.

Lent.az "Nyu York Times"a istinadla xəbər verir ki,  Fransa, Çin və Böyük Britaniyadan olan tədqiqatçılar 2017-ci ildə Saturnu və onun peyklərini 10 ildən çox təhlil edən ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Cassini-Huygens" kosmik gəmisinin müşahidələrini müzakirə ediblər.

Planetdəki dəyişiklikləri də təhlil edən tədqiqatçılar Mimasın buzla örtülmüş səthindən 20-30 kilometr aşağıda böyük okean ola biləcəyini qeyd ediblər.

Tədqiqatın müəlliflərindən Valeri Lainey deyib ki, ən əhəmiyyətli tapıntı Mimasda bir okeanın olması ehtimalıdır.

Tədqiqatın təfərrüatları "Nature" jurnalında dərc olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4503
avatar

Oxşar yazılar