“Samsung” smartfonları  BAHALAŞACAQ
27 yanvar 2023 16:19 (UTC +04:00)

“Samsung” smartfonları BAHALAŞACAQ

“Samsung” bu il təqdim edəcəyi telefon modellərinin qiyməti əvvəlkilərdən baha satılacaq.

Lent.az xəbər verir ki, əsasən “Samsung Galaxy S23” smartfonlarının qiymətini qaldırmağı planlaşdırır.

Məlumata görə, bahalaşma bir neçə Avropa ölkələrində olacaq. Belə ki, İspaniyada 128 GB yaddaşa malik Galaxy S23 modeli 959 avroya (təxminən 1775 manat) satışa çıxarılacaq. Keçənilki Galaxy S22 isə 859 avroya (təxminən 1590 manat) dəyərində olub. Həmçinin, Çexiyada, Danimarkada da qiymətlər bir xeyli qalxıb.

Qeyd edək ki, yalnız Amerikada smartfonların qiyməti dəyişməz olaraq qalacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4158
avatar

Sevinc Fərid

Oxşar yazılar