Samsung qərar verdi: Bu 3 model üçün yeniləmə dayandı
08 may 2026 03:15 (UTC +04:00)

Samsung qərar verdi: Bu 3 model üçün yeniləmə dayandı

0

Samsung bəzi köhnə modellər üçün proqram təminatı dəstəyini dayandırır.

Lent.az xəbər verir ki, “Galaxy” A13, “Galaxy” A23 və “Galaxy” M33 5G artıq rəsmi yeniləmə dövründən çıxarılır.

Bu cihazlar 2022-ci ildə Android 12 ilə satışa çıxmış və təxminən 4 il yeniləmə almışdı. İndi isə Samsungun bu cihazlar üçün standart dəstək müddəti başa çatıb.

“Galaxy” A13 və A23 son olaraq Android 14 (One UI 6), “Galaxy” M33 5G isə Android 16 (One UI 8) versiyasına qədər yüksəlib.

Bundan sonra bu modellərə yeni sistem yeniləmələri verilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 114

Oxşar yazılar