Samsung öz prosessorlarından  imtina edəcək
30 yanvar 2023 10:17 (UTC +04:00)

Samsung öz prosessorlarından imtina edəcək

“Samsung” şirkəti şəxsi  “Exynos” prosessorlarından imtina edəcək.

Lent.az xəbər verir ki, bu barədə “9to5Google” məlumat yayıb.

Hətta “Samsung Galaxy S23” cihazı “Exynos” prosessorlarından istifadə edilməyən ilk telefon olacaq. Bu smartfonların bütün ölkələrdə “Snapdragon 8 Gen 2” çipi ilə buraxılacağı ehtimal edilir.

Qeyd edək ki, “Samsung Galaxy S23”ün təqdimatı fevralın 1-də baş tutacaq. Nümayişə üç smartfon daxildir: S23, S23 Plus və S23 Ultra. İnsayderlər yeni qurğuların ötən ilki modellərdən baha olacağını da istisna etmir. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2949
avatar

Sevinc Fərid

Oxşar yazılar