“Samsung” şirkəti qatlana bilən telefonunu daha əvvəl təqdim etmişdi.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə şirkət hər iki istiqamətdə qatlanan smartfonu sərgiləyib.
Belə ki, bu cihaz həm daxili, həm də xarici tərəfə qatlanır. Bu da o deməkdir ki, ekran 360 dərəcə fırlana bilir.
Qeyd edək ki, “Flex In&Out” adlı ekran prototipinə malik bu smartfon xarici görünüşcə “Galaxy Z Fold”ya bənzəyir.