Raketlər Yerin ozon qatının  bərpasını ləngidir
09 avqust 2025 09:50 (UTC +04:00)

Raketlər Yerin ozon qatının bərpasını ləngidir

Yer üzərindəki həyatı zərərli ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatı alimlərin fikrincə, getdikcə artan kosmik raket buraxılışları nəticəsində təhlükə altındadır.

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Alim bildirir ki, bu məsələ indiyədək kifayət qədər diqqət mərkəzində olmayıb. Lakin o əmindir ki, düşünülmüş və koordinasiyalı tədbirlər sayəsində problemin qarşısı alına bilər.

Raketlər ozon qatına necə ziyan vurur?

Vattioninin sözlərinə görə, raketlərin buraxılması və kosmik tullantılar, atmosferin orta qatlarına zərərli maddələr buraxır. Məhz bu qatlarda ozon təbəqəsi yerləşir və bu maddələr onun strukturu üçün ciddi təhlükə yaradır.

Ozon qatının bərpası hələ də davam edir. 1989-cu ildə qəbul olunmuş Monreal Protokolu çərçivəsində xlor-ftor-karbonlar (XFK) kimi zərərli maddələrin istifadəsi qadağan edildikdən sonra ozon qatının qalınlığında artım müşahidə olunur. Buna baxmayaraq, hazırda bu qatın qalınlığı sənaye dövründən əvvəlki səviyyədən hələ də 2% aşağıdır və tam bərpa 2066-cı ildən tez gözlənilmir.

Statistik göstəricilər və proqnozlar

2019-cu ildə dünyada 97 raket buraxılışı qeydə alınıb. 2024-cü ildə bu rəqəm 258-ə çatıb. Tədqiqatlara əsasən, əgər 2030-cu ilədək illik buraxılış sayı 2040-a qədər artsa, ozon qatının orta qalınlığı 0,3% azalacaq, Antarktida üzərində isə mövsümi azalmanın 4%-ə çatacağı proqnozlaşdırılır.

Hansı raketlər daha təhlükəlidir?

Alim vurğulayır ki, ozon qatına ən çox qaz halında xlor və saz hissəcikləri buraxan raketlər zərər verir. Ən az ziyan vuranlar isə kriogen yanacaqla – yəni maye oksigen və hidrogenlə işləyən sistemlərdir. Təəssüf ki, bu texnologiya çətinliklərə görə yalnız 6% raket buraxılışlarında istifadə olunur.

Starlink və digər peyklər də təhlükə yaradır

Mütəxəssislər Starlink kimi meqa peyklərin atmosferdə yanaraq alüminium oksidi buraxdığını da qeyd edirlər. Bu qazın da ozon qatına dağıdıcı təsir göstərdiyi bildirilir. Hal-hazırda SpaceX artıq 6 000-dən çox peyk buraxıb və daha 12 000 peyk üçün icazə alıb.

Alimlər xəbərdarlıq edirlər ki, qlobal internet tələbatı bu prosesin daha da sürətlənməsinə səbəb olur və əgər tədbir görülməzsə, bəşəriyyət yenidən ozon qatının ciddi zədələnməsi ilə üz-üzə qala bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar