Qatlana bilən iPhone modeli
28 mart 2021 09:05 (UTC +04:00)

Qatlana bilən iPhone modeli

Qatlana bilən iPhone modelinin FOTOSU yayıldı

İlk qatlana bilən iPhone modeli 2022-ci ildən əvvəl çıxmayacaq. Lent.az xarici KİV-ə istinadən bildirir ki, yenə də dizaynerlər qatlana bilən iPhone ilə bağlı konsepsiyalarını bölüşməkdən çəkinmirlər.

Əvvəllər bir çox iPhone modeli üçün konsepsiya araşdırmalarını paylaşan LetsGoDigital, YouTube kanalı Technizo Concept ilə əməkdaşlıq edərək yeni bir qatlana bilən iPhone konsepsiyası hazırlayıb. Paylaşılan üç ölçülü şəkillərə görə, ilk qatlana bilən iPhone modeli iPhone 12 Pro Max və Galaxy Z Flip arasında bir forma qəbul edəcək. Yəni bu iki modelin sintezindən ilhamlanaraq istehsal ediləcək.

# 2586
avatar

Oxşar yazılar