“PlayStation 5”in   satışları rekord həddə çatdı
03 fevral 2023 14:17 (UTC +04:00)

“PlayStation 5”in satışları rekord həddə çatdı

“Sony” şirkətinə məxsus “PlayStation 5”in satışı ötən ilin dördüncü rübündə rekord həddə çatıb.

Lent.az  xəbər verir ki, bu barədə “Pocket-lint” nəşrinin illik hesabatında məlumat verilib. .

Keçən il 7,1 milyon “PlayStation 5” satılıb. Məlumata görə, bu “PS”nin satış tarixində ən yüksək göstəricidir. Yaponiya firması ötən rübdə bazara 3,9 milyon ədəd məhsul çıxarıb.

Satışların artması əsasən “Sony”nin yanvarın sonundakı buraxılışlarında qıtlığın olmaması ilə bağlıdır. Şirkət alıcılara xüsusi təşəkkür də bildirib.

“Bütün alıcılarımıza təşəkkür edirik. Bu qədər qlobal problemlər arasında biz “PS5”in maksimum satışını həyata keçirdik”.

# 3948
avatar

Sevinc Fərid

Oxşar yazılar