ABŞ Aerokosmik Agentliyi (NASA) Yupiterin peyki “Qanimed”dən yayılan səsləri yayımlayıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, səs yazısı yayılan elektromaqnit dalğalarının səs diapazonuna köçürülməsi ilə aşkar edilib.
NASA-nın 2011-ci ildə kosmosa göndərdiyi “Juno” peyki 2016-cı ilin iyulunda Yupiterə çatıb. O gündən planetin orbitində kəşfiyyat işləri aparılır. Nəhayət, bu yaxınlarda peyk “Qanimed” yaxınlığından uçub və “Waves” cihazı vasitəsilə oradakı səsləri qeydə alıb.
Həmin səsləri təqdim edirik: