NASA-nın yeni aparatı 100 gün Ay səthində qalacaq: UÇUŞ TARİXİ AÇIQLANDI 
15 aprel 2021 18:19 (UTC +04:00)

NASA-nın yeni aparatı 100 gün Ay səthində qalacaq: UÇUŞ TARİXİ AÇIQLANDI 

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə “Falcon Heavy” ağır raketi vasitəsilə göndəriləcək. 

Lent.az “technote”a istinadən xəbər verir ki, onunla birlikdə, həmçinin, Aya “Astrobotics” şirkətinin hazırladığı “Griffin” adlı eniş modulu da göndəriləcək. 

NASA-nın yeni Ay aparatı peykin cənub qütbündə suyun və buzun axtarılması üçün nəzərdə tutulub. 

Qeyd edək ki, aparat Aya 2023-ü ildə göndəriləcək. Sözügedən missiya Artemis missiyası çərçivəsində Ayda daimi bazanın yaradılmasında aparıcı rol oynayacaq. Bundan əlavə, bu missiya “Falcon Heavy” raketinin nəyə qadir olduğunu da sərgiləyəcək.

Aparatın Ay səthinə enişindən sonra onun xidmət dövrü 100 gün olacaq.

Razılaşmaya əsasən, “VIPER” aparatı “Griffin” eniş modulnun daxilinə yerləşdiriləcək. Həmin eniş modulunun testləri bu il üçün planlaşdırılır. 

NASA-nın Ay missiyası çərçivəsində Falcon Heavy ilk dəfə olaraq Yer kürəsinin orbitindən daha uzağa uçacaq. Müqavilənin şərtləri barəsində məlumat olmasa da, “SpaceX”in rəsmi saytında bildirilib ki, “Falcon Heavy”nin uçuş qiyməti 90 milyon dollar təşkil edir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3273
avatar

Oxşar yazılar