Milyarder 82 yaşlı qadını kosmosa aparacaq
04 iyul 2021 05:11 (UTC +04:00)

Milyarder 82 yaşlı qadını kosmosa aparacaq

Amerikanın Blue Origin şirkəti tərəfindən hazırlanan New Shepard idarəolunan kosmik gəmisinin ilk heyəti demək olar ki, doludur - göyərtədəki dördüncü şəxs amerikalı Meri Uolles Fank olacaq.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə özünün Instagram səhifəsində milyarder Ceff Bezos özü məlumat verib. 

Meri Fankdan başqa gəmidə Ceff Bezos, onun kiçik qardaşı Mark və 28 milyon dollara kosmosa səyahət bileti alan hərracın naməlum qalibi də olacaq. 

82 yaşlı Fank tarixə kosmosa uçacaq ən yaşlı insan kimi tarixə düşəcək. O, 1960-cı illərdə “Merkuri 13” layihəsində iştirak edib və orbitə uçmaq üçün təlim keçilən 13 amerikalı qadından biri olub. Lakin onların heç birinin arzusu reallaşmayıb. Bununla belə, Bezos onu ən yaxşı qrup adlandırıb. 

Fank sonra uçuş təlimatçısı kimi işə başlayıb və ABŞ-ın Federal mülki aviasiya idarəsində təyyarə qəzalarını araşdıran ilk qadın müstəntiq olub.

Uçuş iyulun 20-də baş tutacaq.

# 2943
avatar

Oxşar yazılar