Microsoft "Windows 10"un satışını DAYANDIRACAQ
19 yanvar 2023 19:34 (UTC +04:00)

Microsoft "Windows 10"un satışını DAYANDIRACAQ

Microsoft köhnəlmiş "Windows"un satışının bitmə tarixini açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerika korporasiyası yanvarın 31-də məşhur OS üçün lisenziya satışını dayandıracaq.

Şirkət artıq Windows 10 üçün ödənişli lisenziyaları yaymasa da, əməliyyat sistemi müəyyən müddət ərzində yeniləmələri almağa davam edəcək.

“Windows 10 2025-ci ilin 14 oktyabr tarixinədək kompüterinizi viruslardan, casus və digər zərərli proqramlardan qorumaq üçün təhlükəsizlik yeniləmələri ilə dəstəklənməyə davam edəcək”, - deyə şirkət bildirib.

Nəşrin mütəxəssisləri qeyd ediblər ki, “Microsoft”un belə addımı şirkətin istehlakçıların köhnəlmiş ƏS-dən istifadə etməsini istəməməsi deməkdir.

"Təbii ki, Microsoft sizə Windows 11 lisenziyalarını almağı tövsiyə edəcək" deyilib. Eyni zamanda, Windows 10 üçün ödənişli lisenziyaları müxtəlif bazarlarda almaq mümkün olacaq.

Windows 10-un ilk versiyası 2015-ci ilin iyulun 29-da buraxıldı. 2021-ci ilin oktyabrın 5-də Microsoft Windows 11-i buraxdı.

# 2634
avatar

Arzu Qurbanlı

Oxşar yazılar