Meta şirkəti 400 milyon dollar dəyərində cərimələndi - SƏBƏB
05 yanvar 2023 09:47 (UTC +04:00)

Meta şirkəti 400 milyon dollar dəyərində cərimələndi - SƏBƏB

 İrlandiyanın məlumatların qorunması komissiyası Meta şirkətini 400 milyon dollar dəyərində cərimələyib. Səbəb isə şirkətin targetinq reklamları üçün istifadəçi məlumatlarının yığılması və emalında yol verdiyi qanun pozuntularıdır.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, komissiyanın fikrincə şirkət konfidensial məlumatların emal edilməsi məsələsində Facebook və Instagram istifadəçilərini məcburi şəkildə razılığa gətirib. Təyin edilmiş cərimə 2018-ci ildə göndərilmiş 2 şikayətin nəticəsidir. Belə ki, şirkət Avropanın məlumatların qorunması üzrə reqlamentinə (GDPR) tabe olmamasında günahlandırılır.

    Sözügedən reqlamentin 2018-ci ildə qəbul edilməsinə baxmayaraq Meta şirkəti istifadəçi razılaşmasında istifadəçilərdən məlumatların emal edilməsinə razı olmalarını tələb edib.  Komissiyaya göndərilmiş şikayətlərdə qeyd edilib ki, bu, reklam targetinqinə razılaşmaya məcbur etməyə bərabədir. Komissiyanın fikrincə şirkət istifadəçi razılaşmasının bütün şərtlərini istifadəçilərə dolğun şəkildə başa salmayıb. Təyin edilmiş cərimədən əlavə olaraq şirkət öz servislərini 3 ay ərzində GDPR-nın tələblərinə uyğunlaşdırmalıdır. Meta isə öz növbəsində təyin edilmiş qərarı apellyasiya məhkəməsinə verməyi nəzərdə tutub. Şirkət təmsilçiləri həmçinin qeyd ediblər ki, təyin edilmiş qərar şirkət servislərinin istifadəçilərə targetləşdirilmiş reklamları sərgiləməkdə mane olmayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2472
avatar

Oxşar yazılar