Artıq mesajlaşarkən özümüzü sözlərlə yanaşı, müəyyən emojilərlə də ifadə edirik. Hətta bəzən sadəcə onlara üstünlük veririk. Ancaq bəzi emojilər var ki, onların mənalarını düzgün bilməyərəkdən atırıq. Bəs, bu smayliklər hansılardır?
Lent.az rəqəmsal dünyanın bir parçası olan, müxtəlif vəziyyətləri ifadə edən, ancaq yanlış mənalarda istifadə olunan 8 emojini təqdim edir:
Bu dua emojisidir?
Bir çox istifadəçi bu emojinin dua simvolu olduğuna inanır. Əslində isə bu smaylikin fərqli bir izahı var. Belə ki, bu simvol “sağ ol”, “zəhmət olmasa”, hörmət salamı və ya heyranlıq əlaməti kimi ifadə olunur.
Öpüş yoxsa fit çalmaq?
İlk baxışdan bunun bir öpüş emojisi olduğunu düşünürsünüz. Amma əslində bu, fit çalan emojidir.
Xüsusilə o musiqi notu ilə birləşdirildikdə nəzərə çarpır. Bununla belə, bu simvol tez-tez qarışdırılır. Çünki emoji hissəsində onun ürəkli versiyası var. Buna görə də o yanlış anlaşılır.
Sağa baxan yumruq
Bu emoji yumruqdan daha çox şeyi ifadə edir. Sağa baxan yumruq hörmət və təbrik əlamətidir.
Yaponlara özəl emoji
Bu emoji Yapon mifologiyasından olan bir cin Tenqunun maskasını təmsil edir. “Tengu olmaq” qəddar və ya pis davranışlar nümayiş etdirmək deməkdir. Söhbət partnyorunuza bu xətti keçmək üzrə olduqlarına işarə etmək üsuludur.
Yorğun
Olduqca kədərli görünən və məyusluq kimi vəziyyətləri ifadə etmək üçün istifadə edilən bu emoji səhv anlaşılan emojilər arasındadır. Yanaqdakı su damlasına görə insanlar onu kədər mənasını verdiyini düşünür.
Amma əslində o yorğunluq halını ifadə edən bu emojinin yanağındakı yaş deyil, tərdir.
Hər şey yolunda
Əlləri başının üstündə olan bu qadın emojisi qorxu vəziyyətini ifadə etmək və ya balerina pozasını göstərmək üçün istifadə edilsə də, bu, əsl mənasından uzaqdır.
Orijinal mənasını Yapon mədəniyyətindən alan bu emoji əslində "OK" mənasını verir. Yəni ki, hər şey qaydasındadır.
Dil çıxaran emoji
Bu smaylik gülməli və absurd hadisələrdə istifadə edilir. Ancaq bu emoji bəyənilməyən bir yeməyə görə edilən üz ifadəsini təmsil edir.
Qucaqlamaq
Bu emoji istifadəçilər tərəfindən nəyisə rədd etmək üçün istifadə edilsə də, əslində qucaqlamaq üçün tərtib edilib.