Səhər oyanan kimi qəhvə içməyin təhlükələri
21 oktyabr 2025 13:36 (UTC +04:00)

Səhər oyanan kimi qəhvə içməyin təhlükələri

0

Yayğın fikrin əksinə olaraq, səhəri bir fincan qəhvə ilə başlamaq düzgün hesab edilmir hətta bu, təzə üyüdülmüş təbii qəhvə olsa belə. Britaniyalı dietoloqların sözlərinə görə, qəhvənin oyanan kimi qəbulu qanda şəkərin kəskin şəkildə yüksəlməsinə səbəb olur.

Lent.az bu təhlükələri təqdim edir:

Qəhvənin səhər tezdən qəbulu xüsusilə karbohidrat mübadiləsi pozulmuş şəxslər və şəkərli diabet xəstələri üçün arzuolunan deyil. Biomarkerlərin təhlili göstərib ki, yuxudan dərhal sonra orqanizmə daxil olan kofein qlükozaya qarşı reseptorların reaksiyasını demək olar ki, 50% gücləndirə bilər. Belə təsir maddələr mübadiləsində müvəqqəti disbalans yaradır və mədəaltı vəzinin fəaliyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, şəkərli diabetin inkişafı çox vaxt uzun illər ərzində formalaşan xroniki karbohidrat mübadiləsi pozuntuları ilə bağlıdır. Şirniyyatların, un məmulatlarının və hətta çoxlu miqdarda şirin meyvələrin həddindən artıq qəbulu insulin ifrazında pozuntu yaradır və endokrin sistemi yükləyir. Eyni zamanda xəstəliyin ilkin əlamətləri çox vaxt nəzərdən qaçırılır, çünki həmişə aşkar narahatlıq yaratmır. Diabetin erkən əlamətlərinə tez-tez sidiyə getmə, daimi susuzluq hissi, izahsız arıqlama, yaraların gec sağalması və görmə zəifliyi daxildir. Dietoloqlar günə bir stəkan su və ya yüngül səhər yeməyi ilə başlamağı, qəhvəni isə səhərin ikinci yarısına orqanizm tam oyandıqdan və maddələr mübadiləsi stabilləşdikdən sonra qəbul etməyi tövsiyə edirlər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar