Mingəçevirdə avtomobilin vurduğu  iki qadından biri öldü
21 oktyabr 2025 20:43 (UTC +04:00)

Mingəçevirdə avtomobilin vurduğu iki qadından biri öldü

0

Mingəçevirdə iki piyadanın vurulması və onlardan birinin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az xəbər verir ki, Təbriz küçəsində baş verən hadisə zamanı hərəkətdə olan "VAZ-2106" maraqlı minik avtomobili yolu keçən iki qadını vurub.

Hadisə nəticəsində 1968-ci il təvəllüdlü Firəngiz Əhmədova ölüb, 1956-cı il təvəllüdlü Zöhrə Vahid qızı İsmayılova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar