Bu ağacları payızda budamaq  olmaz - Məhsulsuz qalacaqsınız
30 sentyabr 2025 18:05 (UTC +04:00)

Bu ağacları payızda budamaq olmaz - Məhsulsuz qalacaqsınız

0

Payız mövsümü bağbanlar üçün meyvə ağaclarını qışa hazırlama vaxtıdır. Bir çoxları bu dövrdə budama işlərinə başlayır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, əzi meyvə ağaclarını payızda budamaq gələn ilin məhsulunu itirməyə səbəb ola bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ərik, gilas, albalı, gavalı və şaftalı kimi daş meyvə ağacları sentyabr-oktyabrda çiçək qönçələrini formalaşdırır. Bu dövrdə budaqların kəsilməsi gələcək qönçələrin məhv olması deməkdir.

Ən həssas ağaclar sırasında ərik və gilas xüsusilə qeyd olunur. Onların budanması həm qönçə sayını azaldır, həm də oduncağın donma riskini artırır.

Gavalı isə məhsulu yalnız illik zoğlarda verdiyi üçün payız budaması məhsuldarlığı xeyli aşağı salır.

Şaftalının da qönçə formalaşdırması gec baş verdiyi üçün payızda edilən budama onun bol məhsulvermə imkanını əldən alır.

Mütəxəssislər bildirirlər ki, bu ağacların budanması üçün ən təhlükəsiz vaxt yazdır.

Niyə payız budaması zərərlidir?

Qönçələrin formalaşması prosesi yarımçıq qalır, təzə kəsiklər don və infeksiyalara açıq olur, ğac enerjisini qışa hazırlaşmağa deyil, yaraların sağalmasına xərcləyir

Mütəxəssislər bağbanlara tövsiyə edir ki, payızda yalnız zəruri hallarda xəstə və ya qırılmış budaqları təmizləmək üçün kəsiklər aparılsın, əsas budama isə yaz aylarına saxlanılsın

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar