Smartfonlarımızda çox vaxt diqqətdən kənarda qalan, amma mühüm rol oynayan xırda detallardan biri də şarj girişinin yanında yerləşən kiçik dəlikdir. Bir çoxları onu SIM kart yuvası ilə səhv salır, lakin bu, tamamilə başqa bir elementdir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu dəlik əslində əlavə mikrofondur və cihazın səs keyfiyyətini artırmaqda əsas rol oynayır.
Əlavə mikrofon nə üçün lazımdır?
Müasir smartfonlar artıq yalnız bir mikrofonla məhdudlaşmır. Bu əlavə mikrofon səsin təmizliyini artırmaq, şəxsin səsini arxa səslərdən ayırmaq və şumların azaldılmasını təmin etmək üçün istifadə olunur. O, ətraf səsləri toplayaraq proqram təminatına lazımsız səsləri filtrdən keçirmək imkanı verir. Nəticədə, danışıq və video yazılış zamanı səs daha aydın eşidilir.
Keyfiyyətli stereo və səs tanıma üçün vacibdir
Bir neçə mikrofonun birlikdə işləməsi sayəsində stereo və məkan səsləri daha real şəkildə ötürülür. Bu xüsusilə video çəkilişi və ya səsli əmr funksiyalarından istifadə zamanı özünü göstərir.
Zədələməyin – təmiz saxlayın
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu xırda elementin zədələnməsi və ya tozla tıxanması səs keyfiyyətinin pisləşməsinə, mikrofonun sıradan çıxmasına və hətta səs tanıma funksiyalarının itirilməsinə səbəb ola bilər.
Onu qorumaq üçün vaxtaşırı quru pambıq çubuqla, yumşaq fırça ilə və ya yüngül hava axını ilə təmizləmək kifayətdir. Amma çox vacib bir məqam var, heç vaxt iti və metal əşyalarla (məsələn, sancaq, iynə və ya dəftər sancısı ilə) bu dəliyi təmizləməyə çalışmayın. Belə hallarda təmir xərci sadə profilaktikadan qat-qat baha başa gələ bilər.