Abromoviç “Qalatasaray”ı   almaq istəyir?
21 oktyabr 2025 19:40 (UTC +04:00)

Abromoviç “Qalatasaray”ı almaq istəyir?

0

Rusiyalı iş adamı Roman Abramoviç yeni futbol klubu almaqda maraqlıdır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, Abramoviç Türkiyənin “Qalatasaray” klubunun nəzarət paketini almağı planlaşdırır. İş adamı artıq Boğazda malikanə alıb və İstanbula köçməyə hazırlaşır.

2024-cü ildə AS Abramoviçin İspaniyanın "Valensiya" klubunu almaq istədiyini yazıb. Azarkeşlərin də sahibi dəyişikliyindən sonra komandanın taleyinin yaxşılaşacağına ümid etdikləri bildirilir.

2003-2022-ci illərdə Abramoviç "Çelsi" klubunun sahibi olub. 2022-ci ilin mayında o, klubu amerikalı iş adamı Todd Boelinin rəhbərlik etdiyi konsorsiuma satıb. Müqavilənin dəyəri 5,33 milyard dollar təşkil edib. Abramoviç İngiltərə hökuməti tərəfindən sanksiyaya məruz qaldıqdan sonra komandadan ayrılmaq məcburiyyətində qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar