Səyahətdə çamadanın etiketlərinə  bunları yazmayın - Oğruların gözləntiləri
21 oktyabr 2025 16:04 (UTC +04:00)

Səyahətdə çamadanın etiketlərinə bunları yazmayın - Oğruların gözləntiləri

0

Turizm mütəxəssisləri səyahət zamanı baqaj etiketlərinin doldurulmasında edilən tipik səhvlər barədə xəbərdarlıq ediblər. Onların sözlərinə görə, çamadanın üzərində artıq məlumat yazmaq oğurluq, fırıldaqçılıq və digər təhlükəli situasiyalara yol aça bilər.

Nəyi baqaj etiketində yazmaq olar?

Lent.az xarici mediaya istinadla xəbər verir ki, adətən etiketi dolduranda insanların məqsədi itən baqajın tez bir zamanda sahibinə qaytarılmasıdır. Bu məqsədlə aşağıdakı məlumatları göstərmək kifayətdir:

Pasportda olduğu kimi tam ad, əlaqə üçün telefon nömrəsi, elektron poçt ünvanı. Bu məlumatlar hava yolu şirkətinə baqajı identifikasiya etmək və səhv gedərsə geri qaytarmaq üçün kifayət edir.

Nələri yazmaq qadağandır və niyə?

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi məlumatların göstərilməsi sizi birbaşa riskə sala bilər:

Ev ünvanı – soyğunçular evin boş olduğunu anlaya bilər

Qiymətli əşyaların siyahısı – oğrular üçün dəvət effekti yaradır

Səyahət marşrutu və istiqamətlər – şəxsi hərəkət marşrutunu paylaşmaq təhlükəlidir

Əlavə təhlükəsizlik tədbirləri

Mütəxəssislər həmçinin çamadanın kilidlənməsini və fərqləndirici elementlərdən istifadəni məsləhət görürlər. Kilidli baqaj daha az cəlbedici olur, rəngli lent, aksesuar və ya gözə çarpan işarə isə çantanızı başqalarınınkı ilə qarışdırılmaqdan qoruyur.

Bu sadə tövsiyələr səyahət zamanı həm təhlükəsizliyinizi, həm də rahatlığınızı təmin etməyə kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar