Mars planetinin səthini müşahidə edən zaman “Perseverance” aparatı qeyri-adi foto çəkib.
Lent.az xəbər verir ki, bu dəfə aparatın obyektivinə göy qurşağı düşüb.
Məsələ burasındadır ki, Marsda sözügedən təbiət hadisəsinin baş verməsi mümkün deyil. Belə ki, göy qurşağının yaranması üçün Günəş və atmosferdə su damcıları olmalıdır. Yer kürəsində bunun baş verməsi mümkündür. Çünki Yer kürəsinin atmosferi nəmişliklə zəngindir. Lakin Marsın atmosferində nəmişlik yoxdur. Bu isə göy qurşağının yaranması ehtimalını aradan qaldırır.
NASA agentliyi isə rəsmi açıqlamasında bildirib ki, “Perseverance” aparatının obyektivinə sadəcə olaraq Gün işığının ləkəsi düşüb və bu da öz növbəsində göy qurşağı illüziyasını yaradıb.
Lakin alimlər bu məsələdə bir qədər maraqlı nöqteyi-nəzərə sahibdir. Belə ki, NASA-nın reaktiv hərəkətlər laboratoriyasının üzvlərindən birinin sözlərinə görə, buna bənzər foto 1990-cı ilin “Pathfinder” missiyası çərçivəsində də əldə olunmuşdu. Məlumatda qeyd edilib ki, Marsın atmosferində hələ də buz hissəcikləri ola bilər. Həmin hissəciklər isə göy qurşağı effektini yaratmış ola bilər./”technote”