Türkiyə Bilkent Universiteti Milli Nanotexnologiya Araşdırma Mərkəzi (UNAM) yeni tip koronavirusu 10 saniyədə 99 faiz etibarlı şəkildə tanıya bilən “Diagnovir” adlı nanotexnologiyaya əsaslanan sistemin kütləvi istehsalına başlayıblar.
Lent.az TRT-yə istinadən bildirir ki, "Diagnovir" istehsalçı şirkətin baş meneceri Əsin Akpınar, sistemlə ağız boşluğundan asanlıqla nümunələr alınaraq 10 saniyədə virusun olub-olmadığı qərarına gəlindiyini bildirib.
Akpınarın sözlərinə görə koronavirus testinin nəticəsi sistem sayəsində toplam bir dəqiqədə ələd edilir.