Koronavirusa yoluxan insanın kimliyini müəyyənləşdirən MASKA
29 iyun 2021 19:54 (UTC +04:00)

Koronavirusa yoluxan insanın kimliyini müəyyənləşdirən MASKA

Massaçusets Texnologiya İnstitutunun (MIT) mütəxəssisləri, Harvard Universitetindəki həmkarları ilə birlikdə, onu taxan şəxsin koronavirus xəstəsi olub-olmadığını təyin etməyə imkan verən prototip maska hazırlayıblar.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, nümunənin içərisində kiçik birdəfəlik çıxarıla bilən sensor var. İstifadəçinin özü onu hansı anda aktivləşdirəcəyini müəyyənləşdirir.

Diaqnoz müddəti təxminən 90 dəqiqədir və məxfiliyi təmin etmək üçün nəticələr yalnız maskanın içərisində göstərilir.

Sensorun yalnız bir maskaya deyil, paltarlara da tikilə biləcəyi qeyd olunur. Digər virusları aşkar etmək üçün də kökləmək olar.

Belə sensorların təcili yardım işçilərinin, tibb işçilərinin və hərbi personalın qorunması üçün faydalı ola biləcəyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3219
avatar

Oxşar yazılar