Kontent yaradıcıları üçün "YouTube"də YENİLİK
22 sentyabr 2023 10:43 (UTC +04:00)

Kontent yaradıcıları üçün "YouTube"də YENİLİK

Youtube tərtibatçıları Youtube Create adlı yeni tətbiqi təqdim ediblər. Sözügedən yeni tətbiq videoları birbaşa smartfonda redaktə etmək imkanını verir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Youtube Create istifadəçiləri daha çox Youtube Shorts videolarının yaradılmasına sövq etmək üçün nəzərdə tutulub. Məlumdur ki, Youtube-da video hazırlamaq TikTok-da video hazırlamaqdan daha qəlizdir. Youtube servisinin videoların redaktə olunması üçün nəzərdə tutulmuş ayrıca tətbiqi istifadəyə verməsi öz növbəsində TikTok-un buna bənzər CapCut adlı tətbiqi istifadəyə verməsi strategiyasına bənzəyir.

CapCut öz növbəsində təkcə TikTok üçün deyil, həmçinin digər platformalar üçün videoların hazırlanmasında yardımçı olur. Youtube Create tətbiqinə gəldikdə isə o, videoların kəsilməsi, onlara altyazıların, səsləndirmənin, müxtəlif effektlər ilə filtrlərin əlavə edilməsi imkanlarını verir. Üstəlik istifadəçi Youtube Create vasitəsilə öz videolarına pulsuz mahnıları da yerləşdirə bilər. Bəzi ölkələrin istifadəçiləri yaxın zamanda Youtube Create tətbiqini beta versiya şəklində Android cihazlara yükləyə biləcəklər. Tətbiqin iOS versiyası gələn il təqdim ediləcək.

# 7932
avatar

Oxşar yazılar