İsrail müasir “T-90S” tankını məhv edən KAMİKADZE DRONU TƏQDIM ETDİ
23 noyabr 2021 19:31 (UTC +04:00)

İsrail müasir “T-90S” tankını məhv edən KAMİKADZE DRONU TƏQDIM ETDİ

İsrailin “UVision” müdafiə sənaye şirkəti “HERO” markalı kamikadze dronların hazırlanmasına başlayıb.

Lent.az-ın məlumatına görə, bu barədə “Defence Blog” xəbər yayıb.

Rusiya KİV-in yazdığına görə, təqdim olunan reklam rolikində dronun hədəfi Rusiyanın müasir tankı hesab edilən “T-90S”ə çox bənzəyir.

Yeni dron bir çox üstünlüklərə malikdir. Pilotsuz uçan aparat daha müasir elektron sistemlə və zirehdeşici mərmi ilə təchiz edilib.

Silah hərəkət edən hədəfləri heyrətamiz dəqiqliklə vura bilir. 

Hazırda Birləşmiş Ərəb Əmirliyinin sözügedən silahla maraqlandığı vurğulanır.

“Uvision” şirkətinin baş direktoru, istefada olan general-mayor Avi Mizrahi bildirib ki, regionun ehtiyaclarına cavab verən ən son, ən qabaqcıl, döyüş sınaqlarından keçmiş döyüş sursatlarını təqdim etməyi planlaşdırırlar. 

# 3258
avatar

Rəsul SARI

Oxşar yazılar