Cənubi Koreya avtomobilləri dünyanın bir çox ölkəsində məşhurdur. Bu avtomobillər tez-tez bir çox rəqiblərdən daha əlverişlidir, lakin daha geniş avadanlıq təklif edir. Bununla belə, sürücülər onların etibarlılığı barədə mübahisə etməyə davam edirlər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, ekapertlər brendin bütün modelləri arasında ən etibarlıı hesab etdikləri 9 işlənmiş Kia avtomobilini açıqlayıblar. Reytinqə yalnız beş yaşından kiçik avtomobillər daxil edilib.
9 ən etibarlı istifadə olunan Kia avtomobilləri:
1. Kia Picanto (2017-2024)
2. Kia Niro Hybrid/PHEV (2016-2022)
3. Kia Sportage (2021-ci ildən indiyədək)
4. Kia XCeed (2019 - indiki)
5. Kia EV6 (2021 - indiki)
6. Kia Ceed (2018-ci ildən indiyədək)
7. Kia E-Niro (2019-2022)
8. Benzin mühərrikli Kia Sportage (2016-2021)
9. Kia Sorento (2020 - indiki)
Kompakt hetçbek Kia Picanto brendin ən etibarlı avtomobillərinin reytinqinə başçılıq edib. Modelin sahiblərinin yalnız 6 faizi avtomobillərinin sürət qutusu və ya mufta ilə bağlı problemlərin olduğunu bildirib.
Bundan əlavə, ekspertlər “Kia”nın istifadə olunan ən etibarsız iki modelini müəyyən ediblər. Onların dizel mühərrikli dördüncü nəsil Sportage krossoveri və ikinci nəsil Niro EV elektrik krossoveri olduğu ortaya çıxıb.
Ekspertlərin sözlərinə görə, dizel mühərrikli Kia Sportage tez-tez mühərrik, sürət qutusu və elektronika ilə bağlı nasazlıqlarla üzləşir. “Kia Niro EV”nin zəif nöqtələri elektronika, kondisioner və batareya olub.