"iPhone SE 4" mart ayında təqdim olunacaq
13 noyabr 2024 23:36 (UTC +04:00)

"iPhone SE 4" mart ayında təqdim olunacaq

“Apple”ın sərfəli telefonu “iPhone SE 4” mart ayında böyük ekranı, güclü kamerası və müasir dizaynı ilə istifadəçilərlə görüşməyə hazırlaşır.

Lent.az xəbər verir ki, “Apple”, 2025-ci ildə təqdim etməyi planlaşdırdığı “iPhone SE 4” ilə sərfəli telefon seriyasında yeni bir dövrə qədəm qoyur.

“SE” seriyasında ilk dəfə böyük ekrana sahib olacağı gözlənilən telefon köhnəlmiş Touch ID düyməsindən və kiçik 4,7 düymlük ekrandan imtina edir.

Əldə olunan məlumata görə, “Apple”ın kamera təchizatçılarından biri olan LG “iPhone SE 4”-ün kamera modulunun sınaq istehsalına başlayıb.

“iPhone SE 4”ün kamera tərəfində də mühüm irəliləyiş gözlənilir. Belə ki, 48 MP kameranın keçmişdəki 12 MP kameraları əvəz edəcəyi gözlənilir. Bu, telefonun foto və video keyfiyyətində əhəmiyyətli artım təmin edəcək.

“iPhone SE 4” köhnə və yeni iPhone modellərinin dizayn xüsusiyyətlərini birləşdirəcək. Bildirilir ki, bu, OLED displeyli ilk “iPhone SE” modeli olacaq.

“iPhone SE 4”, 6,1 düymlük OLED displeylə indiyədək ən böyük “iPhone SE” modeli olacaq.

“Apple”, “iPhone SE 4”ün başlanğıc qiymətini 499 dollar olaraq təyin etməyi hədəfləyir. Şirkət ildə təxminən 20 milyon ədəd satmağı planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459
avatar

Oxşar yazılar