Sentyabr ayında təqdim olunacağı güman edilən “iPhone 15” smartfonun dizaynı ortaya çıxıb.
Lent.az xəbər verir ki, bu barədə “9to5mac” nəşri məlumat yayıb.
Yeni cihaz 5c tipli korpus və sensor düymələrlə dizayn edilib.
Məlumata görə, telefonlar “iPhone 14” seriyalı cihazlarla eyni düz çərçivələrə, lakin daha hamar keçidlərə sahib olacaq. Onun 2013-cü ildə buraxılmış “iPhone 5c”in dizaynına bənzəyəcəyi ehtimal olunur.
Yeni smartfonun “iPhone 14” model telefonlarla eyni kamera növü olsa da, daha böyük linzalarla təchiz olunacaq.
İnsayderlərin fikrincə, Apple həmçinin “iPhone 15 Pro” və “15 Pro Max” smartfonlarında paslanmayan poladdan imtina edəcək.