İnternetin sürətli olması üçün diqqət yetirəcəyimiz XÜSUSİYYƏTLƏR
10 may 2021 05:22 (UTC +04:00)

İnternetin sürətli olması üçün diqqət yetirəcəyimiz XÜSUSİYYƏTLƏR

İnternetin sürətli olması üçün bunun hansı məqsədlə istifadə ediləcəyindən aslıdır.

Əgər siz sadəcə internetdə gəzmək(saytlara baxmaq), elektron poçtdan istifade etmək, Skaypla danışmaq istəyirsinizsə 1-3 Mbit /s sürət sizə bəs edər.

Onlayn oyunlar oynamaq, kiçik həcmli endirmələr etmək, keyfiyyəti zəif online film    resurslar endirmək, yüksək keyfiyyətli online film izləmək istəsəniz ən azı 25 Mbit/s sürət lazımdır.

Qoşulma tipi

İnternetə qoşulmaq üçün müxtəlif texnologiyalar var. Ona görə də provayder seçərkən bu texnologiyalar haqda yetəri qədər məlumat alın.

Hansı qoşulma tipləri var?

ADSL- ən geniş yayılmış qoşulma tipidir. ADSL mövcud telefon xəttləri vasitəsilə ilə tətbiq edilir. Mənzilində telefon xətti yoxdusa, provayder sizin üçün ATS-ə qoşulmadan “ayrılmış xətt ayıra bilər”. Bu texnologiyanın hal hazırda bele çox yayılmasının səbəbi ucuz olmasıdır.

Provayderlər by qoşulma ilə 24 Mbit/s-ə qədər download və 1 Mbit/s-ə qədər upload sürətini vəd edirlər.

Kabel – bu texnologiya Kabel TV xidməti göstərən provayderlər tərəfindən təqdim olunur.

Bu xidmət istifadəçiləri 3-100 Mbit/s sürət internet sürəti ilə təmin edir. Xitmətin sürət və keyfiyyəti məsafədən aslıdır. Bunun mənfi cəhəti odu ki istifadəçi sayı artdıqca sürət aşağı düşür.

Peyk-peyk antenləri vasitəsi ilə peykə qoşulmaqla istifadəçiləri internetlə təmin edir. Bu xidmət vasitəsilə yerləşdiyini ərazidən asılı olmayaraq 3-15Mbit/s sürətlə təmin edir. Əsas üstünlüyü əhatə dairəsinin geniş olmasıdır. Mənfi cəhəti isə sürətin nisbətən aşağı olması və baha başa gəlməsidir.

Wi-Fi – bu texnologiya şəbəkəyə naqilsiz qoşulmağa imkan verir.   Wi-Fi    108 Mbit /s sürət vəd etsədə teal olaraq bu göstərici 4-6 Mbit/s – dir. Bunun da mənfi cəhəti istifadəçi sayı artıqca sürətin aşağı düşməsidir.

Bundan başqa, FTTH, ETTH,  Wi-Max, LTE qoşulma texnologiyaları var.

Provayder seçərkən diqqət etməli olduğumuz məqamlardan biri də Qiymətdir.

Provayderlər rəqabət üçün xidmətləri müqabilində müxtəlif qiymətlər vəd edirlər. Düzdü hamımız seçim edərkən ucuzla  maraqlanırıq. Ama çalışın ki bu zaman diqqətli olasınız.

Ucuz qiymətlə hər zaman keyfiyyətli nəticə əldə etmək mümkün deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5160
avatar

Oxşar yazılar