“Instagram”dan YENİ FUNKSİYA:  “Limits” 
12 avqust 2021 11:00 (UTC +04:00)

“Instagram”dan YENİ FUNKSİYA: “Limits” 

“Instagram” sosial şəbəkəsi yeni “Limits” (sərhədlər) funksiyasını təqdim edib. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu funksiya istifadəçilərin aqressiv davranışlarının qarşısını almaq məqsədi üçün istifadəyə verilib. 

Belə ki, funksiya səhifəyə abunə olmayan və yeni abunə olan hesablardan gələn şərhlər avtomatik olaraq gizlənəcək. Həmçinin, hər hansı hesaba birbaşa mesaj göndərmək üçün giriş edənlərin sorğuları da silinəcək. 

Bu funksiya, xüsusilə də məşhur şəxslərin hesablarına gələn təhqir şərhlərinə qarşı mübarizə fonunda daha effektiv olacaq. 

Qeyd edək ki, yeni funksiya avqustun sonunda bütün əməliyyat sistemlərinə tətbiq ediləcək. 

Sevinc Fərid
 

# 4596
avatar

Oxşar yazılar