İnsanabənzər  polis robotlar
08 dekabr 2025 23:11 (UTC +04:00)

İnsanabənzər polis robotlar

0

Çinin Hangjou şəhərinin küçələrində süni intellektlə işləyən yol polisi robotları fəaliyyətə başlayıb.

Lent.az xəbər verir ki, 1,8 metr hündürlüyündə olan və "Hangxing No. 1" adlı robot, Binjiang rayonundakı sıx kəsişmələrdə nəqliyyatın hərəkətini tənzimləyir.

Kameralar, sensorlar və hərəkət əsaslı siqnal sistemləri ilə təchiz olunmuş təkərli robot, əsl polis məmurlarının hərəkətlərini dəqiq şəkildə təqlid edə bilir.

Nəqliyyat vasitələrini dayandırmaq və istiqamətləndirmək, rəqəmsal fit çalmaq kimi standart əmrləri yerinə yetirə bilən robot, svetofor şəbəkəsi ilə sinxron şəkildə işləyir.

Dəyişdirilə bilən batareya sistemi ilə 6-8 saat fasiləsiz işləyə bilən “Hangxing No. 1”in batareyası bitməyə az qalmış avtomatik olaraq doldurma stansiyasına qayıda bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar