Zəhra Quliyevanın ziddiyyəti: kimdir mədəniyyətsiz? - REPLİKA
24 yanvar 2026 15:44 (UTC +04:00)

Zəhra Quliyevanın ziddiyyəti: kimdir mədəniyyətsiz? - REPLİKA

0

"Xahiş edirəm mənə şəxsi həyatımla bağlı sual verməyin. Mədəniyyətiniz olsun, reytinq xatirinə xəbər paylaşanda qarşı tərəfin fikrini öyrənin".

Gülməlidir, elə?

Bu, keçmiş nazir Mədət Quliyevin xanımı Zəhra Quliyevanın ayrılıq xəbərlərinə sosial şəbəkədə verdiyi reaksiyadır. 

Bir tərəfdən “şəxsi həyatımla bağlı sual verməyin” deyir. Digər tərəfdən isə “qarşı tərəfin fikrini öyrənmədən xəbər paylaşıldığı” üçün medianı "mədəniyyətsiz" çıxarır. Bəs sual vermədən o fikir necə öyrənilməlidir? Telepatiya ilə? Fal açmaqla? Yoxsa jurnalistlər hansısa mistik “terapiya” yolu ilə cavab almalıdır?

Media etikası dərsi keçməzdən əvvəl elementar məntiqə riayət etmək lazımdır. İllərlə efirdə görünən, sabiq nazirin xanımı kimi tanınan biri əlbəttə, ictimai maraq mərkəzində olacaq. İctimai maraq yaranırsa, media da yazır. Media yazırsa, sual verir... 

Mədəniyyət həm də insanın dediyi sözlərin bir-birini təkzib etməməsidir. Bir tərəfdən “mənə sual verməyin”, o biri tərəfdən “niyə cavabımı almamısınız?” demək mədəniyyət yox, ziddiyyətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar