Yolları buz bağlayacaq, 10 dərəcə şaxta olacaq - Sabahın HAVASI
24 yanvar 2026 12:26 (UTC +04:00)

Yolları buz bağlayacaq, 10 dərəcə şaxta olacaq - Sabahın HAVASI

0

Yanvarın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman, az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar