Neftçalada bir ailə  qəzaya düşdü, yeniyetmə oğul öldü
24 yanvar 2026 15:48 (UTC +04:00)

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

0

Neftçalada ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Surra kəndində qeydə alınıb.

"VAZ-2106" markalı minik avtomobili və "Ford" markalı mikroavtobus toqquşub. Nəticədə minik avtomobilinin sərnişini 15 yaşlı M. Ələkbərov aldığı xəsarətlərdən ölüb. Sürücü isə xəsarət alıb.

Məlumata görə, hadisə zamanı minik avtomobilində bir ailə - M. Ələkbərovun valideynləri və qardaşı olub. Onların yüngül xəsarət aldıqları bildirilir.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar