Tanış olmaq istədiyi qadına gül yerinə banan  verdi, həbs olundu - BAKIDA ŞOK
24 yanvar 2026 17:15 (UTC +04:00)

Tanış olmaq istədiyi qadına gül yerinə banan verdi, həbs olundu - BAKIDA ŞOK

0

Bakıda marketin qadın satıcısına qeyri-adi təklif edən kişi həbs olunub.

Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən marketdə baş verib.

44 yaşlı Mikayıl Səmədov (ad və soyad şərtidir) tanış olmaq məqsədilə marketin qadın satıcısına yaxınlaşıb. Sonra ona banan alaraq, yeməsini təklif edib. Bu təklif qadını əsəbiləşdirib və o, polisə şikayət edib.

Nəticədə Mikayıl saxlanılaraq, barəsində inzibati protokol tərtib olunub.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə Mikayıl Səmədov barəsində 5 gün müddətinə inzibati həbs cəzası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar