"Dalton İntizar"  Azərbaycanda saxlanıldı - CİNAYƏTLƏRİ
24 yanvar 2026 11:09 (UTC +04:00)

"Dalton İntizar" Azərbaycanda saxlanıldı - CİNAYƏTLƏRİ

0

Türkiyənin axtarışa verdiyi “Daltonlar” adlı cinayətkar qruplaşmanın üzvü Azərbaycanda saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, söhbət qruplaşmaya təlimat verən əslən türkmənistanlı professional qəfəs döyüşçüsü, “Dalton İntizar” kod adlı İntizar Babaniyazovdan gedir.

Qeyd olunur ki, o, Azərbaycanda saxlanılaraq, Türkiyəyə ekstradisiya olunub. Babaniyazov Türkiyədə məhkəmə qərarı ilə həbs olunaraq, cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

Bildirilir ki, İntizar Babaniyazov “Daltonlar” tərəfindən təşkil olıunan bəzi silahlı hücumların təlimatlarını verib. Həmçinin xaricdən zənglər vasitəsilə müəyyən şəxsləri hədələyərək, qruplaşma üçün pul tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar