Yaponiyanın “Sony” şirkəti ilin əvvəlində koqnitiv intellektə malik “Bravia XR” televizorlarını təqdim edib.
Lent.az xəbər verir ki, yeni qurğuların fərqləndirici cəhəti video və səsin emalına cavabdeh olan xüsusiləşmiş “Cognitive Processor XR” prosessoru ilə təchiz edilməsindədir.
Şirkət nümayəndələrinin sözlərinə görə, yeni prosessor “insan beyini kimi” işləyir.
Artıq 50, 55 və 65 düym diaqonallı “X90J” modelləri satışa çıxarılıb, 75 düymlük versiya isə bir müddət sonra təqdim ediləcək.
Qeyd olunan ölçülü televizorların qiyməti müvafiq olaraq 1300, 1500 və 1800 dollar təşkil edir. 75 düymlük televizorun qiyməti hələlik açıqlanmayıb./ ictnews