Google 5 milyard dollar təzminat ödəyəcək
15 mart 2021 15:59 (UTC +04:00)

Google 5 milyard dollar təzminat ödəyəcək

Google keçən ilin iyun ayında ABŞ-da məhkəmə ilə üzləşmişdi.

Lent/az xarici KIV-ə istinadən bildirir ki, şirkət istifadəçiləri çaşdırmaqda və gizli məlumat toplayaraq qanunları pozmaqda günahlandırıldı. Bu ittihamla Google, milyonlarla təsirlənmiş istifadəçiyə dəyən ziyana görə 5 milyard dollar təzminat davası ilə qarşılaşıb.

Bununla birlikdə, Google bu işin əsaslandırılmasını qəbul etməyib və Google sözçüsü Jose Castenda, "Chrome-dakı gizli bölmə, fəaliyyətiniz brauzerinizdə və ya cihazınızda saxlanılmadan internetə baxmaq imkanı verir. Hər dəfə yeni bir gizli nişan açdığınızda açıqladığımız kimi, veb saytlar sessiya müddətində baxış fəaliyyətiniz barədə məlumat toplaya bilər.'' söyləyib. 

Son məlumatlara görə “Google”un məhkəməyə verildiyi və gizli rejimdə təqib üçün minimum 5 milyard dollar cəza ödəyəcəyi bildirilir. Firmadan gizli pəncərələrin istifadəsinin tamamilə gizli olması istənir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3081
avatar

Oxşar yazılar