“Facebook”da YENİ AUDİO  funksiyası 
21 aprel 2021 05:11 (UTC +04:00)

“Facebook”da YENİ AUDİO funksiyası 

“Facebook” şirkətinin yaradıcısı Mark Zuckerberq “Discord” servisi vasitəsilə çıxışı zamanı sosial şəbəkədə reallaşdırılacaq yeni audio funksiyalardan danışıb. 

Lent.az “technote”a istinadən xəbər verir ki, “Facebook”da “Soundbites” adlı funksiya istifadəyə veriləcək. 

Sözügedən funksiya qısa audiokliplər yaratmağa və onları digərləri ilə paylaşmağa imkan verəcək. 

Bu funksiya yaxın bir neçə ay ərzində istifadəyə veriləcək və ilk mərhələdə kiçik istifadəçi kütləsi üçün aktiv olacaq. 

Bundan əlavə, “Facebook” daxilində “podkastlar”ın axtarış sistemi yaradılacaq.
Bunun sayəsində istifadəçilər öz “podkast”larını sosial şəbəkədə paylaşa biləcəklər. 

Zuckerberqin sözlərinə görə, “Facebook” bu məsələdə digər tətbiqlər ilə əməkdaşlıq üçün danışıqlar da aparır. 

Yay fəslində bütün “Facebook” istifadəçiləri üçün “Clubhouse” tərzində audio otaqlar istifadəyə veriləcək. Həmin otaqlar sayəsində istifadəçilər çıxış edən hansısa şəxsə qulaq asa və onunla qarşılıqlı əlaqədə ola biləcəklər. Eyni zamanda “Facebook” bu cür audio otaqların “monetizasiya” sistemini quracaq. 

Beləliklə istifadəçilər ilkin mərhələdə audio otaq yaradıcılarına ianələr göndərə biləcəklər. Daha sonra isə otağa birbaşa ödəniş və ya ödənişli abunəlik sistemi vasitəsilə daxilolma sistemi istifadəyə veriləcək.

# 1611
avatar

Oxşar yazılar